AZ

"Qarabağ" "Nyukasl"la görüşdə öz qapısından 6 top buraxdı

"Qarabağ" Çempionlar Liqasının ilk pley-off matçında Tofiq Bəhramov adına Respublika Stadionunda "Nyukasl"ı qəbul edib. Oyunun ilk dəqiqələrindən sürətli hücumlar təşkil edən qonaq komanda 2-ci dəqiqədə Qordonun vurduğu qolla hesabı açıb.

Hücumlarını davam etdirən "Nyukasl" 8-ci dəqiqədə Malik Tşaunun vurduğu qolla hesab arasındakı fərqi iki topa çatdıra bilib. Rəqibin sürətli hücumlarına tab gətirə bilməyən "Qarabağ" Entoni Qordonun 32, 34 və 45-ci dəqiqədə vurduğu qollarla biirnci hissədə 0: 5 hesabı ilə məğlub duruma düşüb.

İkinci hissədə meydan sahiblərinin oyuncusu Elvin Cəfərquliyev 55-ci dəqiqədə hesab arasındakı fərqi azalda bilib. Bununla belə qonaq komandanın oyunçusu Ceykob Merfi 72-ci dəqiqədə vurduğu qolla hesabı 6:1-ə çatdırıb. Oyun bu hesabla da başa çatıb. Cavab matçı 24-25 fevral gecəsi İngiltərədə keçiriləcək.

Komandamız ikinci hissədə birinci hissəyə münasibətdə daha yaxşı oyun göstərməyə çalışıb. Bununla belə "Qarabağ" "Nyukasl"ın sürətli hücumlarına tab gətirə bilməyib. Qapımıza vurulan erkən qol oyunun taleyinin həll edilməsinə öz təsirini göstərib. Məğlubiyyət nə qədər acı olsa da "Qarabağ" bu mövsüm Çempionlar liqasında möcüzə göstərərək dünayanın adlı-sanlı komandalarına qalib gəlməyi bacarıb və pley-off mərhələsinə yüksələ bilib. Digər tərəfdən də ingilis komandaları bizim üçün çətin rəqib hesab edilirlər və onlarla oyunda bəxtimiz gətirmir. Əminliklə deyə bilərəm ki, əgər pley-off mərhələsində digər ölkələrin futbol klubları ilə qarşilaşsaydıq növbəti mərhələyə çıxmaq şanslarımız daha yüksək olacaqdı. Ona görə də ruhdan düşməyə dəyməz və növbəti mövsümdə "Qarabağ"ın beynəlxalq turnirlərdə yüksək səviyyəli oyunları ilə bizi sevindirəcəyinə indidən əminəm.

Əziz MUSTAFA

Seçilən
43
1
oxumeni.az

2Mənbələr