AZ

CNN: Rusiya və Ukrayna atəşkəs şərtlərinin müəyyənləşdirilməsində irəliləyiş əldə edib...

Üçtərəfli Rusiya, ABŞ və Ukrayna danışıqlarında əsas şərtlər üzərində mərhələli, lakin əhəmiyyətli irəliləyiş qeydə alınıb...

Poliqon xəbər verir ki, CNN telekanalı mənbəyə istinadən bildirir ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə keçirilən üçtərəfli danışıqlarda atəşkəs rejiminin necə işləyəcəyinə dair mexanizmlərin müəyyənləşdirilməsi istiqamətində mərhələli, lakin əhəmiyyətli irəliləyiş əldə olunub.

Telekanalın həmsöhbətinin sözlərinə görə, tərəflər gələcək sülh sazişi üçün baza yarada biləcək əsas şərtlərin dəqiqləşdirilməsi və texniki detalları üzərində işləyiblər. Bildirilir ki, siyasi məsələlər üzrə danışıqlar kifayət qədər gərgin keçib, tərəflər arasında fikir ayrılıqları qalmaqdadır. Bununla belə, hərbi məsələlərin müzakirəsi rəsmi şəxslərdə ehtiyatlı nikbinlik yaradıb.

Mənbənin sözlərinə görə, hərbi danışıqların əsas vəzifələrindən biri atəşkəsin konkret şərtləri, həmçinin hansı halların onun pozuntusu kimi qiymətləndiriləcəyinə dair qarşılıqlı razılığın əldə olunması olub. Bu istiqamətdə müəyyən irəliləyişə nail olunsa da, yekun razılıq üçün siyasi rəhbərlərin təsdiqi tələb olunur.

Üçtərəfli danışıqların üçüncü raundu 17 və 18 fevral tarixlərində Geneva şəhərində baş tutub. Mənbə qeyd edib ki, rəsmi şəxslər növbəti görüşün yaxın bir neçə həftə ərzində keçirilməsini gözləyirlər. Danışıqların davam etdirilməsi tərəflər arasında atəşkəs rejiminin hüquqi və praktiki mexanizmlərinin daha da dəqiqləşdirilməsinə xidmət etməlidir.

Poliqon.info

Seçilən
53
poliqon.info

1Mənbələr