AZ

ANAMA əməkdaşı minaya düşdü - Xocalı rayonunda

Işğaldan azad edilmiş Xocalı rayonu Muxtar kəndi ərazisində mina hadisəsi baș verib.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Xəbəri rus dilində oxuyun: Сотрудник ANAMA подорвался на мине в Ходжалы

Bildirilib ki, qurumun 2000-ci il təvəllüdlü əməkdaşı Vasif Fizuli oğlu Çobanov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayıb:

“Hadisə nəticəsində əməkdaş sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb. Vasif Çobanov rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur” .

Seçilən
43
sportinfo.az

1Mənbələr