AZ

ABŞ-də qar uçqunu zamanı itkin düşən səkkiz nəfərin meyiti tapılıb - YENİLƏNİB

Vaşinqton, 19 fevral, AZƏRTAC

ABŞ-nin Kaliforniya ştatında baş vermiş qar uçqunu nəticəsində itkin düşmüş səkkiz xizəkçinin cəsədi tapılıb.

AZƏRTAC-ın məlumatına görə, bir nəfərin axtarışları davam edir. Daha əvvəl eyni uçqundan 6 xizəkçi xilas edilib.

21:03

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya ştatında Taho gölü yaxınlığında uçqun nəticəsində itkin düşmüş 9 xizəkçinin axtarışı davam etdirilir.

AZƏRTAC-ın məlumatına görə, uçqun ötən gün günorta saatlarında Kasl Pik adlı ərazidə baş verib. Uçqunun altında qalan

6 nəfər xilas edilib, 9 nəfərin taleyi isə məlum deyil.

Kəskin hava şəraiti axtarış işlərini çətinləşdirir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Seçilən
83
2
azertag.az

6Mənbələr