AZ

"Bloomberg": Fon der Lyayen mart ayında Qrenlandiyaya dəstək tədbirləri elan edə bilər

"Bloomberg": Fon der Lyayen mart ayında Qrenlandiyaya dəstək tədbirləri elan edə bilər

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen mart ayında Qrenlandiyaya səfər etməyi və Danimarka tərkibindəki bu muxtar əraziyə dəstək paketi ayrılacağını elan etməyi planlaşdırır.

AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, səfərin dəqiq tarixi hələlik müəyyən edilməyib.

Yanvarın 20-də Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən fon der Lyayen Avropa İttifaqının Qrenlandiya üçün "genişmiqyaslı investisiya paketi" üzərində işlədiyini bəyan etmişdi. Daha sonra Avropa Parlamentinin sessiyasında o vurğulamışdı ki, birlik "Danimarka və Qrenlandiyanın suverenliyini və ərazi bütövlüyünü qorumaq" niyyətindədir.

Seçilən
95
afn.az

1Mənbələr