AZ

Epşteynlə əlaqələrinə görə istefasını tələb edirlər

Los Anceles şəhərində 2028-ci il Olimpiadasının təşkilat komitəsinin rəhbəri Keysi Vassermanın istefası tələbi ilə çağırışlar səsləndirilib.

Publika.az xəbər verir ki, buna səbəb onun insan alverinə görə məhkum olunmuş Qisleyn Maksvell və Cefri Epşteyn ilə keçmiş əlaqələrinin üzə çıxması olub. Bu barədə “Reuters” məlumat yayıb.

Vest-Holivud rəsmiləri, o cümlədən Con Erikson Vassermanın məsuliyyətə cəlb olunmasını tələb edir və onun vəzifədən azad olunması üçün martın 2-də qətnamə layihəsi hazırlayır. Hüquq müdafiəçisi Karolin Qeldman isə bildirib ki, insan alverində təqsirləndirilən şəxslərlə əlaqələr Olimpiya hərəkatında rəhbərliklə uyğun deyil.

Təzyiqlər ABŞ Ədliyyə Nazirliyinin açıqladığı “Epşteyn faylları”ndan sonra artıb. Həmin sənədlərdə 2003-cü ilə aid elektron məktublarda Vassermanın Maksvell ilə yazışmaları yer alıb. Bundan əlavə, onun həyat yoldaşı ilə birlikdə Epşteynə məxsus təyyarə ilə Afrikaya humanitar missiya çərçivəsində uçduğu da məlum olub.

LA28-nin Təşkilat Komitəsi bu uçuşun Vasserman ilə Epşteyn arasında yeganə birbaşa təmas olduğunu bildirib. Qeyd olunub ki, bundan qısa müddət sonra Maksvell ilə elektron yazışma baş verib.

Seçilən
84
publika.az

1Mənbələr