AZ

Qışda etdiyiniz bu 3 səhv böyrəklərinizi sıradan çıxara bilər

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qış aylarında böyrək daşı riskinin artdığı bildirilir. Türkiyəli uroloq, dosent Emre Tokuç mövsümi vərdişlərin xəstəliyin kəskinləşməsinə birbaşa təsir etdiyini deyərək üç əsas səhvi açıqlayıb.Demokrat.az xəbər verir ki, həkimin sözlərinə görə böyrək sancıları bir çox pasiyent tərəfindən “həyatımda yaşadığım ən şiddətli ağrı” kimi təsvir olunur və düzgün həyat tərzi ilə bunun qarşısını almaq mümkündür. O bildirib ki, xüsusilə qış mövsümündə su qəbulunun azalması ciddi risk yaradır. “Soyuq havada insanlar susuzluq hiss etmədikləri üçün daha az su içirlər. Halbuki gün ərzində susamağı gözləmədən orta hesabla ən azı 2 litr su qəbul etmək kritik əhəmiyyət daşıyır”, – deyə dosent vurğulayıb. Onun sözlərinə görə, az su içilməsi sidiyin qatılaşmasına, nəticədə kalsium, oksalat və sidik turşusunun kristallaşmasına səbəb olur.İkinci risk faktoru nəzarətsiz vitamin və mineral əlavələridir. Emre Tokuç qeyd edib ki, immuniteti gücləndirmək məqsədilə qəbul edilən süni preparatlar hər zaman təhlükəsiz deyil: “Bitkisel olması böyrəklərə zərər verməyəcəyi mənasına gəlmir, əksinə yüksək yük yarada bilər”. O, hər hansı əlavədən əvvəl qan və sidik analizlərinin aparılmasının vacibliyini bildirib.Üçüncü kritik səhv isə həddindən artıq duz və heyvan mənşəli zülal istehlakıdır. Mütəxəssis deyir ki, artıq duz qəbulu kalsiumun sidiklə xaric olunmasını artıraraq daş yaranmasını asanlaşdırır. Eyni zamanda, qırmızı ət ağırlıqlı qidalanma və protein tozlarından nəzarətsiz istifadə böyrəklərə əlavə yük yaradır. Günlük duz normasının 5 qramdan artıq olmaması və tərəvəz əsaslı qidalanmaya üstünlük verilməsi tövsiyə edilir.Həkim əlavə edib ki, böyrək daşlarının tərkibi fərqli olduğuna görə hər pasiyent üçün eyni pəhriz uyğun deyil: “Daş analizi edilən xəstələrdə daşın növünə görə fərdi qidalanma planı hazırlanmalıdır. Qulaqdan dolma məlumatlarla deyil, fərdi risk faktorlarına əsaslanaraq hərəkət etmək lazımdır”.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
demokrat.az

1Mənbələr