AZ

Köhnə çayı atmaq əvəzinə üzünüzə sürtün Dəriniz gözəlləşəcək

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan mətbəxinin də imtinaedilməz içkisi olan qara çay bayatladıqda adətən atılır. Lakin aparılan elmi araşdırmalar böyüklərimizin illərdir dediyi fikri təsdiqləyib: bayat çay həm gözəllik, həm də sağlamlıq üçün faydalıdır. Tərkibindəki antioksidantlar sayəsində bu məhlul dəridəki məsamələri sıxır və qan dövranını sürətləndirərək şişkinliyi aradan qaldırır.Demokrat.az xəbər verir ki, bahalı kosmetik vasitələrə pul xərcləmək əvəzinə dəmlikdə qalan çaydan tonik kimi istifadə etmək olar. Kimyaçı mütəxəssis Batuhan Tümayın sözlərinə görə, xüsusilə tünd dəmlənmiş çay antiseptik xüsusiyyətə malikdir. O, dərinin alt qatlarını təmizləyir və rəngin açılmasına kömək edir. Bu səbəbdən bir çox dermokosmetik məhsulların tərkibinə məhz qara çay ekstraktı əlavə olunur.Bayat çayın faydaları bununla bitmir. O, saçlara parlaqlıq verir və göz altındakı yorğunluq əlamətlərini azaldır. Bundan əlavə, evdəki güllərin daha sağlam böyüməsi üçün çay qalıqlarını dibçəklərə tökmək də bitkilər üçün təbii qida hesab olunur.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
1
demokrat.az

2Mənbələr