AZ

Suriyada iri həcmdə narkotik qaçaqmalçılığının qarşısı alınıb

Qahirə, 19 fevral, AZƏRTAC

Suriya Daxili İşlər Nazirliyinin İraqın Narkotiklərlə mübarizə Baş İdarəsi ilə koordinasiyalı şəkildə həyata keçirdiyi əməliyyat nəticəsində iri həcmdə narkotik maddə qaçaqmalçılığı cəhdinin qarşısı alınıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, əməliyyat nəticəsində ümumi həcmi 65 kiloqram olan 400 minə yaxın kaptaqon həbi müsadirə olunub. Narkotik maddələrin xarici ölkəyə aparılacağı planlaşdırılırdı.

Suriya Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyat nəticəsində beynəlxalq narkotik qaçaqmalçılığı şəbəkəsinin iki üzvü saxlanılıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
114
3
azertag.az

4Mənbələr