"Real"ın ulduzu İngiltərə Premyer Liqasına yollanır.
Offsideplus.az xəbər verir ki, Trent Aleksander-Arnold bu yay “Liverpul”a qayıda bilər. Son hadisələr və “Real Madrid”də Çempionlar Liqası ilə bağlı yaşanan gərginlik futbolçunun "Enfield"ə dönüş ehtimalını artırıb.
The Mirror nəşrinin xəbərinə görə, müdafiəçinin “Qırmızılar”a geri dönməsi indi daha real görünür. “Liverpul” klubu isə mümkün transfer barədə hələlik rəsmi açıqlama verməyib.