AZ

Döyənəyin kökünü qurudan təbii üsullar

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Dar ayaqqabılar, gün boyu ayaqüstə qalmaq və yanlış ayaqqabı seçimi zamanla ayaqlarda sərtləşmələrə yol açır. Xüsusilə dabanlarda və barmaq kənarlarında yaranan döyənəklər həm estetik görünüşü pozur, həm də ağrılı fəsadlar törədir. Əslində döyənək bədənin müdafiə mexanizmlərindən biridir. Davamlı təzyiq və sürtünməyə məruz qalan dəri alt toxumanı qorumaq üçün qalınlaşır. Lakin bu qalınlaşma vaxtında müalicə edilmədikdə hərəkət məhdudiyyətinə səbəb olur.Demokrat.az xəbər verir ki, ev şəraitində tapılan iki məhsulun qarışığı dərini yumşaltmaq və döyənəkləri təmizləmək üçün effektiv nəticə verir. Zeytun yağı tərkibindəki E vitamini və yağ turşuları ilə dərinin elastikliyini bərpa edir. Limon isə tərkibindəki turşu sayəsində ölü dərini arındırır. Bu iki vasitə birləşdikdə həm qidalandırıcı, həm də yumşaldıcı təsir göstərir.Qarışığı hazırlamaq üçün marketlərin birindən alınan zeytun yağına yarım limonun suyunu sıxıb yaxşıca qarışdırmaq lazımdır. Alınan məhlulu pambıq vasitəsilə problemli nahiyəyə masaj edərək çəkmək və üzərini pambıq parça ilə bağlamaq məsləhətdir. Gecə tətbiq edilən bu üsul səhərə qədər dərinin dərin qatlarına nüfuz edərək sərtliyi aradan qaldırır.Mütəxəssislər xəbərdarlıq edirlər ki, döyənəyi kəsmək və ya sərt şəkildə qazımaq olmaz. Bu, dərini zədələyə və infeksiya riskini artıra bilər. Xüsusilə şəkərli diabet xəstələrinin belə hallarda özbaşına müdaxilə etməsi təhlükəlidir. Apteklərdə satılan döyənək bantları da köməkçi vasitə ola bilər, lakin bu zaman ətrafdakı sağlam dərini qorumaq vacibdir.Ayaq sağlamlığını qorumaq üçün düzgün ölçüdə ayaqqabı seçmək və duşdan sonra dərini mütəmadi nəmləndirmək ən sadə və təsirli vərdişdir. Həftədə bir dəfə daban daşı ilə aparılan zərif təmizlik isə sərtləşmənin qarşısını əvvəlcədən almağa imkan verir.Aytən

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
demokrat.az

1Mənbələr