AZ

Ağ Ev: Sülh Şurasının iclasında 20-dən çox ölkənin nümayəndəsi iştirak edəcək

Cümə axşamı Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında 20-dən çox ölkənin nümayəndəsinin iştirakı planlaşdırır.

"Report"un məlumatına görə, Ağ Evin mətbuat katibi Kerolayn Livitt bunu jurnalistlər üçün brifinqdə açıqlayıb.

"Bilirəm ki, 20-dən çox ölkə var. Güman edirəm, böyük marağa səbəb olub. Sizə kürsüdən 20 ölkənin siyahısını oxumayacağam, amma biz onları təqdim edəcəyik", - o deyib.

Mətbuat katibi qeyd edib ki, iclas zamanı ABŞ Prezidenti Donald Tramp Sülh Şurasına üzv ölkələrin Qəzzada humanitar yardım və yenidənqurma üçün 5 milyard dollar ayırdığını, eləcə də anklavda beynəlxalq sabitləşdirmə qüvvələri və polis missiyası yerləşdirmək üçün minlərlə hərbçi və hüquq-mühafizə orqanı əməkdaşlarının ayrılacağını açıqlayacaq.

Seçilən
33
far.az

1Mənbələr