AZ

Qurban Qurbanov: “Hesab daha böyük ola bilərdi”

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Nyukasl” matçının (1:6) ardından ev sahiblərinin baş məşqçisi Qurban Qurbanov fikirlərini açıqlayıb.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında qarşılaşmanı dəyərləndirib:

“Əfsuslar olsun ki, məğlub olduq. Doğma meydanda uduzmaq istəməzdik. Amma bu futboldur. Belə nəticələr olur. Çempionlar Liqası fərqli səviyyədir. Böyükhesablı nəticələr qaçınılmazdır. İlk qol, ardınca penalti futbolçularımı nakauta saldı. Özlərini ələ ala bilmədilər. Bu, rəqibin də gücünü göstərirdi. Demişdim ki, “Nyukasl” çox sürətli, taktiki və texniki hazırlığı olan komandadır. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Böyük futbolun nə olduğu həm Liverpulda, həm də burada hiss etdik. İrəli baxmalı, daha ciddi hazırlaşmalıyıq. Futbolçularımız fevral ayına qədər azarkeşlərə Çempionlar Liqası həyəcanı yaşatmağı bacardılar. Futbol ölkədə daha da məşhurlaşdı. Məğlubiyyətlə barışmalı, rəqibi təbrik etməliyik. Bu qələbəyə layiq idilər".

- Fasilədə futbolçulara nə dediniz? Bədavi Hüseynovu meydana buraxdınız…

- ⁠Tək fikrim onları sakitləşdirmək oldu. Yanlarında olduğumu bildirdim. Sakitləşməsək, hesab daha böyük ola bilərdi. Rəqibin gücünü bilirdik. Bədavinin əvəzetməsi müdafiəyə atılan addım idi. O da inamlı çıxış etdi. 

- Çempionat oyunlarına görə rotasiyaya gedəcəksinizmi?

- ⁠Belə bir fikrimiz yoxdur. 3-4 məşq birlikdə ola biləcəyik. Qarşımızda səhvləri bağışlamayan, qol vurmaq istəyən rəqib var. Ciddi rotasiyalar haqda düşünməyəcəyik.

- Bəhlul Mustafazadənin zədəsi nə qədər ciddidir?

- ⁠Hələ ki, xəbər yoxdur. Sabah bəlli olacaq. Əzələ dartılması gözlənilir.

ÇL: İstanbulda tarixi gecə: "Qalatasaray"dan 5 qol - YENİLƏNİB

Okan Buruk: “Çox gözəl bir gecə yaşadıq və yaşatdıq”

"Yuventus"a bunu edən olmamışdı: "Cim-bom" etdi

Antoni Elanqa: “Qarabağ” qeyri-adi komandadır”

Tahir Gözel: “Biz savaşan komandayıq”

Seçilən
90
6
apasport.az

10Mənbələr