AZ

Gürcüstan XİN başçısı: Azərbaycanla Ermənistan arasında yeni yollar regionun əhəmiyyətini artıracaq

"Bu gün Azərbaycanla Ermənistan arasında yeni yolların inşası fəal olaraq müzakirə edilir. Bunun region üçün yaxşı olduğunu əminliklə söyləyə bilərik".

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili "İmedi" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, yaranacaq yeni yollar bölgənin bağlantı baxımından əhəmiyyətini yalnız artıracaq.

"Mən həqiqətən də burada risk görmürəm. Gürcüstan xəritədən yox olmayacaq. Sadəcə olaraq bu gün bağlantılardan danışanların Avropa üçün əsas əlaqə olan Gürcüstandan bəhs etməmələri onların səriştəsini şübhə altına alır", - Boçorişvili əlavə edib.

Nazir qeyd edib ki, hansısa bir yolun Gürcüstanı əvəzləməsi ağlasığmazdır.

"Gürcüstandan keçən və uzun müddət fəaliyyət göstərən yola tələbat ildən-ilə artır. Bu yola üç və yaxud dörd yeni marşrut əlavə olunsa belə, Qərblə Şərq arasında yük axınlarını nəzərə almaqla kifayət etməyəcək", - o əlavə edib.

Seçilən
17
2
apa.az

3Mənbələr