AZ

Eddi Hau: Qarabağ a qarşı ikinci oyunumuza da ciddi hazırlaşacağıq

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Qarabağ"a qarşı ikinci oyunumuza da ciddi hazırlaşacağıq".

Oxu.Az xəbər verir ki, bunu "Nyukasl"ın baş məşqçisi Eddi Hau "Qarabağ"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

O bildirib ki, oyuna nəzarət edən tərəf "Nyukasl Yunayted" oldu:

"Qapıçımız qol buraxdığına görə məyus oldu. Penalti epizodu barədə yenidən izləmədən nəsə demək çətindir. Bizim İngiltərə Premyer Liqasında "Mançester Siti"yə qarşı oyunumuz var. "Qarabağ"a qarşı cavab matçımız da ciddi keçəcək. İlk matçda üstün olan tərəf biz idik".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Nyukasl Yunayted" oyunu 1:6 hesabı ilə bitib.

Murad Nəsimi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
2
oxu.az

10Mənbələr