AZ

Şaradan böyük addım - Ümumi əfv çıxardı

Suriya Prezidenti Əhməd Şara imzaladığı fərmanla ümumi amnistiya elan edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, prezident Şara ramazan ayı ərəfəsində ümumi amnistiya haqqında fərman yayımlayıb. Fərmana əsasən, ömürlük azadlıqdan məhrumetmə cəzaları 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunacaq, müvəqqəti ağır həbs cəzalarının isə yarısı bağışlanacaq. Həmçinin xətalar və bəzi cinayətlər üzrə təyin edilmiş cəzalar tam ləğv ediləcək.

Ümumi amnistiya fərmanına əsasən, qaçaqmalçılıq cinayətləri, müəyyən informasiya texnologiyaları ilə bağlı cinayətlər, valyuta mübadilə məntəqələrinə dair qaydaların pozulması, eləcə də Suriya lirəsindən kənar valyuta ilə əməliyyatlara dair qanun çərçivəsində nəzərdə tutulan bəzi hüquqpozmalara görə tətbiq olunan cəzalar da bağışlanıb.


Seçilən
27
manset.az

1Mənbələr