Cümə axşamı Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında 20-dən çox ölkənin nümayəndəsi iştirak etməyi planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolina Levitt mətbuat brifinqində deyib.
"Bilirəm ki, bu, 20-dən çox ölkədir. Düşünürəm ki, buna böyük maraq var. Sizə kürsüdən 20 ölkənin siyahısını oxumayacağam, amma biz onu təqdim edəcəyik", - deyə o bildirib.