AZ

Milli Qəhrəman Əliyar Əliyevin böyük qardaşı VƏFAT ETDİ

Milli Qəhrəmanı Əliyar Əliyevin böyük qardaşı vəfat edib.

KONKRET.az xəbər verir ki, Qubadlı rayonunun Qəzyan kənd sakini, Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin böyük qardaşı Əliyev Ruzigar Yusif oğlu vəfat edib.

Məlumata görə, mərhum bir neçə saat əvvəl dünyasını dəyişib. Sabah onun dəfn mərasimi keçiriləcək. Eyni zamanda, mərhumun 3 və 7 mərasimləri barədə məlumatın da yaxın vaxtlarda paylaşılacağı bildirilib.

Ruzigar Əliyevin vəfatı ailəsi, yaxınları və onu tanıyanlar arasında dərin hüznlə qarşılanıb.

Allah rəhmət eləsin! Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

KONKRET.az

Seçilən
90
2
konkret.az

3Mənbələr