AZ

Bəylə dalaşan gəlin toydan qaçdı FOTO

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Türkiyənin Kayseri şəhərində keçirilən toy mərasimlərinin birində yaşanan mübahisə gözlənilməz sonluqla bitib. Şadlıq sarayında tərəflər arasında yaranan gərginlikdən sonra gəlin əsəblərinə hakim ola bilməyib. O, toyun ortasında gəlinlik paltarı ilə salonu tərk edərək sürətlə uzaqlaşıb.Demokrat.az xəbər verir ki, hadisənin şahidi olan vətəndaşlar qaçan gəlini görəndə təəccüblərini gizlədə bilməyiblər. Qadının gəlinliklə yolun ortasında qaçdığı anlar ətrafdakılar tərəfindən mobil telefon kamerası ilə qeydə alınıb. Görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə yol açıb.Toyun keçirildiyi məkandan niyə qaçdığı və ailələr arasında hansı səbəbdən mübahisə düşdüyü hələlik tam məlum deyil. Faktla bağlı hər hansı rəsmi şikayətin olub-olmadığı barədə məlumat verilməyib. Hazırda bu maraqlı görüntülər internet istifadəçiləri arasında ən çox paylaşılan videolar sırasındadır.İsmayıl

Demokrat.az

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
demokrat.az

1Mənbələr