AZ

"Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzub

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

BAKU.WS xəbər verir ki, İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 1:6 hesabı ilə uduzub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda qonaq komandanın qollarını Entoni Qordon (3, 32-pen, 34, 45+1-pen), Malik Tşau (9) və Ceykob Merfi (72) vurublar.

Ağdam təmsilçisinin yeganə qolu isə 55-ci dəqiqədə Elvin Cəfərquliyevin aktivinə yazılıb.

Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq.

***23:04

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında Ağdam təmsilçisi buraxılan qollardan birinin əvəzini çıxıb.

BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi azaldıblar - 1:5.

55-ci dəqiqədə Elvin Cəfərquliyev rəqib komandasının qapısını dəqiq nişan alıb.

***22:37

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında ilk hissə başa çatıb.

BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda "Nyukasl" fasiləyə 5:0 hesabı ilə öndə yollanıb.

Görüşü norveçli FIFA referisi Espen Eskos idarə edir.

***22:21

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında daha bir qol vurulub.

BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 4:0.

34-cü dəqiqədə Entoni Qordon het-trik edib.

Buna qədər 32-ci dəqiqədə Entoni Qordon penaltidən fərqlənməklə dubl müəllifi olmuşdu.

***21:56

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında ikinci qol vurulub.

BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 2:0.

9-cu dəqiqədə Malik Tşau diqqət mərkəzinə düşüb.

***21:51

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında hesab açılıb.

BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesabda irəli çıxıblar.

3-cü dəqiqədə Entoni Qordon fərqlənib.

***21:45

UEFA Çempionlar Liqasının pley-off mərhələsində (şərti olaraq 1/16 final) "Qarabağ" və "Nyukasl" komandaları arasında matç başlayıb.

BAKU.WS-in məlumatına görə, matç Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir.

Qarşılaşmanı norveçli Espen Eskos darə edir. Ona yan xətt hakimləri qismində Yan Erik Enqan və İsak Elias Başevkin köməklik göstərir. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirir.

VAR-da Rob Diyperink, AVAR-da isə Dennis Hiqler yer alır.

Seçilən
103
16
far.az

10Mənbələr