AZ

UEFA FIFA-nın Klublarası Dünya Çempionatı planlarına mane olmayacaq

Avropa futbolunun rəhbərliyi FIFA-nın Klublarası Dünya Çempionatı iştirakçılarının sayını artırmaq planlarına qarşı çıxmayacaq.

90deqiqe.Az-ın "The Guardian"a istinadən məlumatına görə, turnirdə iştirak edən komandaların sayı 32-dən 48-ə yüksələcək. Turnir bundan sonra 2 deyil, hər 4 ildən bir keçiriləcək ki, bu da UEFA-nın əvvəlki narahatlıqlarını aradan qaldırıb.

Kompromis Aleksander Çeferin (UEFA prezidenti) və Canni İnfantino (FIFA prezidenti) arasında yaxşılaşan münasibətlər sayəsində əldə olunub.

Ekspertlər bildirir ki, genişlənmə Avropa klubları üçün faydalıdır – onların sayının 12-dən 16-ya qədər yüksəlməsi mümkündür.

2029-cu ildə keçiriləcək turnirin böyük ehtimalla İspaniya və Mərakeşdə təşkil olunacağı gözlənilir.

Seçilən
61
90deqiqe.az

1Mənbələr