AZ

Estoniya ərazisində nüvə silahı yerləşdirilə bilər

Estoniya zəruri hallarda öz ərazisində müttəfiq nüvə silahlarının yerləşdirilməsini nəzərdən keçirməyə hazırdır.
Estoniyanın xarici işlər naziri Marqus Saxkna 18 fevralda ERR-də bildirib.

Editor.az xəbər verir ki, Bu açıqlamalar Polşanın öz nüvə silahlarını inkişaf etdirməyə hazır olduğu barədə məlumatlar yayıldığı bir vaxtda səslənib. 15 fevralda Prezident Karol Navrotski Polşanın təhlükəsizliyi artırmaq üçün nüvə layihəsinə qoşulmasının “qəti tərəfdarı” olduğunu bildirmişdi.
Saxknanın sözlərinə görə, Avropa NATO-nun nüvə çəkindirici vasitələrindən imtina etməməlidir.

“Biz ərazimizə nüvə silahı gətirməyə qarşı deyilik. NATO müdafiə planlarımıza uyğun olaraq zəruri hesab etdiyi təqdirdə nüvə silahının yerləşdirilməsini istisna edən heç bir doktrinamız yoxdur”, – Estoniyanın xarici işlər naziri bildirib. Media qurumu qeyd edir ki, Estoniyanın müdafiə naziri Hanno Pevkur əvvəllər də oxşar bir açıqlama vermişdi.

//Samir Qurbanov, Editor.az

Seçilən
79
editor.az

1Mənbələr