AZ

Cessi Linqard Braziliya klubuna keçməyə yaxındır

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bir sıra Premyer Liqa klublarının və İngiltərə millisinin yarımmüdafiəçisi Cessi Linqard Braziliyanın “Remo” klubu ilə müqavilə imzalaya bilər.

İdman.Biz-in “Mirror”a istinadən məlumatına görə, 33 yaşlı futbolçu Braziliyaya getməyə hazırdır və İngiltərəyə qayıtmaq planı yoxdur.

Mənbənin məlumatına görə, Linqard daha əvvəl bir neçə İngiltərə klubu ilə danışıqlar aparıb, lakin yalnız Çempionşip komandalarından təklif alıb. Nəticədə o, karyerasını Braziliyanın A Seriyasında davam etdirmək qərarına gəlib. Linqardın son klubu bu ilin əvvəlində ayrıldığı Cənubi Koreyanın “Seul klubu olub. Yarımmüdafiəçi o vaxtdan bəri azad agent statusundadır.

“Seul” klubunda oynadığı müddətdə Linqard 69 oyunda meydana çıxıb, 19 qol vurub və 10 məhsuldar ötürmə edib. O, həmçinin “Mançester Yunayted”, “Birminhem”, “Brayton”, “Derbi Kaunti”, “Vest Hem”, “Nottinqem Forest” və “Seul” klublarında da oynayıb.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
77
1
icma.az

2Mənbələr