AZ

Ərazinin işğal xəbəri yayıldı: Ölkə hərəkətə keçdi

ain.az bildirir, GlobalInfo portalına istinadən.

ABŞ Energetika Nazirliyi Qrenlandiyanın mümkün “işğalı” ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Energetika Naziri Kris Rayt danışıb.

O bildirib ki, Vaşinqton heç vaxt Qrenlandiyanın hərbi yolla ələ keçirilməsi ssenarisini nəzərdən keçirməyib.

Onun sözlərinə görə, bu istiqamətdə səsləndirilən fikirlər reallığı əks etdirmir. Rayt qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın üslubu zaman-zaman “çox aqressiv” kimi qiymətləndirilsə də, Qrenlandiyanın işğalı heç vaxt real və rəsmi müzakirə mövzusu olmayıb.

Nazir vurğulayıb ki, Qrenlandiya ətrafında yaranan geosiyasi müzakirələr müttəfiqlər üçün bir növ “oyanış zəngi” rolunu oynamalıdır. Lakin o əlavə edib ki, mövcud vəziyyət panika üçün əsas yaratmır və tərəfdaş ölkələr arasında dialoq və koordinasiya davam etdirilməlidir.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
101
globalinfo.az

1Mənbələr