AZ

Dağıntılar arasında ilin ilk iftar süfrəsi FOTOLAR

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qəzza zolağı sakinləri 2023-cü ilin oktyabrında başlayan və iki ildən çox davam edən İsrail hücumlarından sonra bomba səsi olmadan ilk iftar süfrələrini açıblar.

Globalinfo.az İsrailin məhdudiyyətləri səbəbindən anklava kifayət qədər yardım daxil ola bilməyib və bir çox ailənin iftar süfrəsi əvvəlki illərə nisbətən boş qalıb.

Evlərini itirsələr və qida çatışmazlığı yaşasalar da, Qəzza sakinləri bomba səsləri olmadan iftar açmağın sevincini hiss ediblər.

Xatırladaq ki, 10 oktyabr 2025-ci ildə tətbiq olunan atəşkəsdən bəri İsrailin hücumlarında 603 nəfər həlak olub, 1618 nəfər yaralanıb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin oktyabrından bəri İsrail hücumlarında 72 063 nəfər ölüb, yaralıların sayı isə 171 726 nəfərə çatıb.

Aysel Əliyeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
69
globalinfo.az

1Mənbələr