AZ

Əfsanə onun hərəkətinə əsəbiləşdi: Başı yerindədir?

Niderland millisinin sabiq ulduzu Uesli Sneyder Çempionlar Liqasında “Real”ın “Benfika” üzərində qələbə qazandığı görüşdə (1:0) argentinalı müdafiəçi Nicolas Otamendi ilə braziliyalı hücumçu Vinicius Junior arasında yaşanan gərginliyə sərt reaksiya verib.

Publika.az xəbər verir ki, Sneyder Otamendinin davranışını uşaqvari adlandırıb və onun psixoloji durumunu sual altına alıb:

“Onun başı yerindədirmi? Mən Vinisiusun yerində olsaydım, belə cavab verərdim: “Sənə dünya çempionatını Messi qazandırdı, sənin bununla heç bir əlaqən yoxdur” Niyə o, bunu “Real”ın futbolçusuna qarşı edir? Vinisiusun neçə Çempionlar Liqası qazandığını bilirmi? Ona trofeylərini göstərir?”

Seçilən
106
publika.az

1Mənbələr