AZ

Məşhur serial “donuz əti”nə görə cəzalandırıla bilər

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Türkiyə Radio və Televiziya Üst Qurumu (RTÜK) üzvü İlhan Taşçı ATV telekanalında yayımlanan “Aynı Yağmur Altında” serialı ilə bağlı araşdırma aparılması üçün rəsmi müraciət edib.Demokrat.az xəbər verir ki, İlhan Taşçı serialın 9 fevral 2026 və 16 fevral 2026 tarixlərində yayımlanan birinci və ikinci bölümlərində dini kimliklər və həyat tərzləri üzərindən qarşılıqlı aşağılayıcı və təhrikedici ifadələrin yer aldığını bildirib. O qeyd edib ki, bu səhnələr cəmiyyətdə qütbləşməni artıracaq məzmun daşıyır.Müraciətdə göstərilib ki, serialın ilk bölümündə ictimai nəqliyyatda baş verən səhnədə qadınların geyim tərzi ilə bağlı başlayan müzakirə qısa müddətdə dini kimliklər, təhsil sistemi və həyat tərzləri üzərindən qarşılıqlı ittiham və kənarlaşdırmaya çevrilib.Serialın ikinci bölümündə isə ailə süfrəsi səhnəsində masaya “Roasted Pork” (qızardılmış donuz əti) gətirilməsi dini həssaslıqlar fonunda mübahisəyə səbəb olub. Bildirilib ki, səhnədə dini inanc və həyat tərzi üzərindən qarşılıqlı ittiham və mühakiməedici ifadələr səsləndirilib.İlhan Taşçı qeyd edib ki, hər iki bölümdə dini dəyərlər və inanc seçimləri üzərindən tərəflərin bir-birini aşağılayan və qütbləşdirən dil istifadə etdiyi müşahidə olunur. Onun sözlərinə görə, təhrikedici səhnələrin Ramazan ayında yayımlanması məsələnin daha həssas qiymətləndirilməsini zəruri edir.Taşçı bildirib ki, yayım məzmunu 6112 saylı Qanunun 8-ci maddəsində nəzərdə tutulan yayım prinsipləri çərçivəsində qiymətləndirilməlidir. O, sözügedən bölümlərin qanunun 8-ci maddəsinin birinci hissəsinin (b) və (e) bəndləri üzrə araşdırılması, müvafiq mütəxəssislər tərəfindən hesabat hazırlanması və məsələnin ilk Üst Şura iclasının gündəliyinə daxil edilməsini tələb edib.Jalə

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
demokrat.az

1Mənbələr