AZ

Kreatin beyin üçün ən effektiv əlavələrdən biri HESAB OLUNDU

Kreatin beyin üçün ən effektiv əlavələrdən biri hesab olunub.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər alimlərin araşdırmasına istinadən məlumat yayıb.

Alimlər tərəfindən aparılan yeni tədqiqat kreatinin beyin üçün ən effektiv qida əlavələrindən biri olduğunu ortaya qoyub.

Sübut edilib ki, bu maddə hətta yuxusuz keçən gecədən sonra belə təfəkkür qabiliyyətini əhəmiyyətli dərəcədə stimullaşdırır.

Təcrübədə 20 saatdan çox yuxusuz qalan 15 böyük yaşlı şəxs iştirak edib. Onlara 20 qram kreatin verildikdən sonra koqnitiv qabiliyyətlərində aşağıdakı artımlar qeydə alınıb:

  • Dil məlumatlarının emal sürəti: +29%;

  • Rəqəmsal məlumatların emal sürəti: +24%;

  • Məntiqi tapşırıqların həlli sürəti: +16%;

  • Söz yaddaşı: +10%.

Bu prosesin elmi izahı kifayət qədər sadədir: yuxusuzluq hüceyrələrin enerji mənbəyi olan ATF (adenozintrifosfat) molekullarının ehtiyatını azaldır.

Kreatin isə fosfokreatin sistemi vasitəsilə bu enerji ehtiyatını sürətlə bərpa edir.

Məlumata görə, kreatinin ən nəzərəçarpan effeti zehni işlərlə məşğul olanlarda — proqramlaşdırma, məlumat analizi, mətnlərlə iş, hesablamalar, imtahanlara hazırlıq və hesabatların tərtibi zamanı özünü göstərir.

Bu əlavə xüsusilə gecə növbələrində çalışanlar üçün əvəzsiz vasitə hesab olunur.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
12
interpress.az

1Mənbələr