AZ

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər Azərbaycandan deportasiya edildi

Bakı. Trend:

Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həminvideogörüntüləri sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanınınüç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain vəAlghabr Mahdi Mohammad Azərbaycandan deportasiya edilib.

Trend xəbər verir ki, bubarədə Dövlət Miqrasiya Xidmətindən bildirilib.

Qeyd edək ki, ötən il avqustun 17-də 3 nəfər əcnəbi şəxsinŞəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdiklərivideogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalaraparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinəturist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosialşəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərindətəhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Onlar SəbailRayon Məhkəməsinin hökmü ilə 2 il müddətə azadlıqdan məhrumediliblər. Sonradan həmin şəxslərin cəzası 2 ildən 6 aya endirilib.Onların həbs müddəti bu gün başa çatıb.

Seçilən
19
az.trend.az

1Mənbələr