AZ

Moskva Kuba məsələsini ABŞ ilə müzakirə etmir -Peskov

Moskva Kuba məsələsini ABŞ tərəfi ilə müzakirə etmir.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr”, – deyə Peskov jurnalistlərin Kuba mövzusunun amerikalılarla müzakirə olunub-olunmaması ilə bağlı sualını cavablandırarkən qeyd edib.

O, eyni zamanda vurğulayıb ki, Rusiya ilə Kuba arasında ikitərəfli münasibətlər mövcuddur: “Bizim Rusiya-Kuba ikitərəfli münasibətlərimiz var, onlar bizim üçün çox önəmlidir və biz bu əlaqələri hərtərəfli şəkildə inkişaf etdiririk.”

Xədicə BAXIŞLI

Seçilən
88
1
redaktor.az

2Mənbələr