AZ

"Mançester Yunayted" onu klubdan göndərir

style='margin-bottom:10px;'>

"Mançester Yunayted" rəhbərliyi vinger Ceydon Sanço ilə bağlı yekun qərarını verib. 

QOL.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, klub futbolçunun müqaviləsini 12 aylıq uzatmaq bəndindən istifadə etməyəcəyini bəyan edib.

Cari mövsümü icarə əsasında "Aston Villa"da keçirən Sançonun həftəlik 200 min funt sterlinqlik sözləşməsi cari mövsümün sonunda başa çatır. "Qırmızı şeytanlar" 25 yaşlı ingiltərəli oyunçunun azad agent kimi komandadan ayrılmasına icazə verməklə maaş büdcəsini yüngülləşdirmək niyyətindədir.

Beləliklə, Mançester təmsilçisi 2021-ci ildə "Borussiya"dan (Dortmund) 73 milyon funt sterlinqə transfer etdiyi oyunçuya görə kompensasiya almayacaq.

Qeyd edək ki, cari mövsümdə futbolçu "Aston Villa"nın heyətində 6 matçın start heyətində yer alıb.

Seçilən
69
1
teleqraf.com

2Mənbələr