ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
"Səbail"də ayrılıq yaşanıb."Football-plus.az"ın əldə etdiyi məlumata görə, Bayıl təmsilçisi baş məşqçi Adil Şükürovla yolları ayırıb. Buna komandanın uğursuz nəticələri səbəb olub.Belə ki, "dənizçilər" mütəxəssisin rəhbərliyi altında keçirdiyi 6 oyunda cəmi 2 qələbə qazanıb. "Difai" və "Zaqatala"nı məğlub edən komanda "Şimal" və MOİK-ə uduzub. "Şahdağ Qusar" və "Şəfa"ya qarşı oyunlarda isə "sülh" qeydə alınıb. Kəsəsi, kollektivin mümkün 18 xaldan cəmi 8 xal qazanması rəhbərliyi qane etməyib. Belədə mütəxəssis bu gün keçirilən "hərbçilər"lə matçdan sonra (0:1) vəzifəsindən azad olunub.Xatırladaq ki, "Səbail" 26 xalla 3-cü pillədədi. Kollektiv liderdən - "Şəfa"dan 6 xal geridədi. Elgiz Kərəmlinin komandası sabah "Mingəçevir"i məğlub etsə, bu fərq daha da artacaq.KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.