AZ

“İnter Mayami”nin ulduzu məşqlərə qayıtdı

"İnter Mayami"nin ulduz hücumçusu Lionel Messi zədəsini tam sağaldaraq komanda ilə məşqlərə qayıdıb.

90deqiqe.Az-ın "The Touchline"yə  istinadən məlumatına görə, 38 yaşlı futbolçu MLS-in yeni mövsümünün ilk turunda meydana çıxmağa hazırdır.

Belə ki, fevralın 22-də səhər saat 06:30-da (Bakı vaxtı ilə) “İnter Mayami” müntəzəm mövsümün ilk turu çərçivəsində "Los Anceles" ilə qarşılaşacaq.

Qeyd edək ki, “İnter Mayami” MLS kubokunun hazırkı sahibidir. Əlavə edək ki, argentinalı ulduz ötən ilin payızında klubla yeni müqavilə imzalayıb. Anlaşma 2028-ci ilin sonunadək qüvvədədir. O, 2023-cü ilin yayından etibarən MLS təmsilçisinin formasını geyinir.

Seçilən
18
90deqiqe.az

1Mənbələr