AZ

“Ordu” geridönüş etdi, “Xilasedici” set vermədi

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV turun oyunlarına yekun vurulub.

90deqiqe.Az xəbər verir ki, turun son qarşılaşmalarında azarkeşlər gərgin və maraqlı mübarizəyə şahidlik ediblər. “Azərreyl”lə üz-üzə gələn “Ordu” beşsetlik dramatik oyunda əzmkar qələbə qazanıb. Görüş 3:2 (22:25, 26:28, 25:20, 25:21, 15:11) hesabı ilə “Ordu”nun xeyrinə başa çatıb. İlk iki seti rəqibinə uduzan komanda sonrakı üç hissədə üstün oyun nümayiş etdirərək geridönüşə imza atıb.

Digər matçda isə “Xilasedici” “Neftçi” üzərində inamlı qələbə qazanıb. Komanda rəqibini 3:0 (25:23, 25:18, 25:21) hesabı ilə məğlub edərək aktivinə növbəti üç xalı yazdırıb.

Qeyd edək ki, hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunub.

Seçilən
10
90deqiqe.az

1Mənbələr