AZ

Pezeşkian: Bu ölkələr bizim ayaq üstdə durmağımız istəmir

İran prezidenti Məsud Pezeşkian açıqlama verib.

Turkustan.az xəbər verir ki, o, ölkəsinin sahibkarların, universitetlərin və bütün qurumların birgə səyləri ilə problemlərini həll edəcəyini bildirərək dedi: "Avropa, ABŞ və soyqırımı törədən İsrail bizim öz ayaqlarımız üzərində dayanmağımızı istəmir. Amma biz buna nail olacağıq".

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Pezeşkian Lorestan əyalətində sahibkarlarla görüşüb.

Pezeşkian burada etdiyi çıxışında dedi: “İnanıram ki, birlikdə çalışaraq bütün problemləri həll edə bilərik. Avropa, ABŞ və soyqırımı törədən İsrail bizim öz ayaqlarımız üzərində dayanmağımızı istəmir. Amma lazım gələrsə, bunun bədəlini ödəməklə buna nail olacağıq”.

Diqqətinə çatdırılan məsələləri şəxsən həll edəcəyini bildirən Pezeshkian, ictimaiyyətə xidmət etmək səylərini vurğulayaraq xəbərdarlıq etdi: "Biz onların köklərini məhv etməsək, mənfəətpərəstliyin, korrupsiyanın və qaçaqmalçılığın qarşısını ala bilmərik".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
19
1
turkustan.az

2Mənbələr