"Fənərbağça" rəhbərliyi, "Trabzonspor" və "Maribor"un da yaxından maraqlandığı "Karşıyaka"nın 19 yaşlı istedadı Adem Yeşilyurtun transferini rəsmən bitirib.
Fanat.Az xəbər verir ki, sarı-lacivərdlilər bu keçid üçün İzmir təmsilçisinə ümumilikdə 500 min avro bonservis haqqı ödəyəcək.
Müqaviləyə əsasən, "Karşıyaka" futbolçunun növbəti satışından 25 faiz pay alacaq və gələn mövsüm üçün "Fənərbağça"dan 3 gənc oyunçunu icarə əsasında heyətinə qatacaq. U19 Milli komandasında da çıxış edən sağ cinah oyunçusunun ilk ödəməsi 17 fevral tarixində reallaşıb və onun mövsüm sonuna qədər "Karşıyaka"da qalması qərara alınıb.
Transfer razılaşmasının maraqlı bəndlərindən biri də "Karşıyaka"nın Topuk Yaylası təsisatlarında pulsuz məşq etmək imkanı qazanmasıdır. Həm sağ cinahda, həm də "10 nömrə" mövqeyində oynaya bilən Ademin çərşənbə günü İstanbula gələrək rəsmi müqaviləyə imza atması gözlənilir.
Kamil Xudiyev