AZ

Teylor Svift ilin ən çox satılan ifaçısı seçilib

Amerikalı müğənni Teylor Svift 2025-ci ilin ən çox satılan musiqi sənətçisi seçilib.

Qaziler.az bildirir ki, bu barədə Beynəlxalq Fonoqrafiya Sənayesi Federasiyası (IFPI) məlumat yayıb.

Müğənninin bu titulu altıncı dəfə, ardıcıl dördüncü ildir ki, qazandığı mükafatdır.

Cənubi Koreyalı pop qrupu Stray Kids ikinci yeri, reper Dreyk isə üçüncü yeri tutub. İlk 10-luğa həmçinin “The Weeknd”, “Bad Bunny”, Kendrick Lamar, Morgan Wallen, Sabrina Carpenter, Billie Eilish və Lady Gaga da daxil olub.

QAZİLER.AZ

Seçilən
16
qaziler.az

1Mənbələr