“Benfika”nın hücumçusu Canluka Prestianni “Real”ın vingeri Vinisius Juniora qarşı irqçi təhqirlər səsləndirmədiyini bildirib.
Madrid klubu Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Lissabonda 1:0 hesabı ilə qalib gəlib.
Oyunun ikinci hissəsi Vinisiusun Prestiannini ona “meymun” deməkdə ittiham etməsi səbəbindən 9 dəqiqə dayandırılıb.
Ancaq “Benfika”nın hücumçusu ağzını forması ilə örtdüyündən, onun dediklərini dodaqlarından oxumağı mümkünsüz edib.
Sportinfo.az xəbər verir ki, Prestianni sosial şəbəkə hesabındakı paylaşımında heç bir irqçi söz demədiyini bildirib:
“Vinisiusa heç bir irqçi söz deməmişəm, təəssüf ki, o, eşitdiklərini yanlış başa düşüb.
Mən heç vaxt kimsəyə qarşı irqçilik göstərməmişəm. “Real” oyunçularından gələn təhdidləri eşitmək isə mənim üçün üzücü oldu”.