AZ

Ağartı məhsullarının idxalında artımVİDEO

Süd, qatıq, qaymaq... Gündəlik qida rasionunun ayrılmaz hissəsi olan ağartı məhsullarının ölkəyə idxalında artım müşahidə olunur, özü də az nə çox, düz 48,4%...

Bəs alıcılar, eləcə də satıcılar bu artımdan xəbərdardımı?

Xezerxeber.az-ın xəbərinə görə, bazarlardakı satıcılar bildirirlər ki, onların təqdim etdikləri yerli məhsullardır. Qiymətlərdə də dəyişiklik olmayıb.

Elə alıcılar da eyni fikirdədirlər.

Bölgələrdə isə vəziyyət bir qədər fərqlidir. İsmayıllı bazarındakı satıcıların sözlərinə görə, əsasən yerli istehsal olan süd, qaymaq, şor və pendir satışa çıxarırlar. Alıcılar da daha çox kənd istehsalı olan, təbii üsulla hazırlanan məhsullara üstünlük verirlər. Son günlərdə bu məhsulların qiymətində 50 qəpikdən 1 manata qədər artım müşahidə olunur. 

Ekspertlər isə hesab edirlər ki, idxalın belə artması qida sənayesinə ciddi təhdiddir və təcili tədbir görülməlidir.

Onlar bildirirlər ki, xaricdən gətirilən məhsullar əsasən marketlərdə satışa çıxarılır. Burada isə narahatedici heç nə yoxdur. Çünki, həmin məhsullar aidiyyəti qurumlar tərəfindən yoxlanılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
51
xezerxeber.az

1Mənbələr