AZ

Nigeriyada mədəndə dəm qazı faciəsi: 37 nəfər həyatını itirib

Nigeriyada mədəndə dəm qazı faciəsi: 37 nəfər həyatını itirib

Nigeriyada qeyri-qanuni fəaliyyət göstərən mədəndə ən azı 37 mədənçi dəm qazı zəhərlənməsi nəticəsində dünyasını dəyişib.

Nigeriyanın Plateau əyalətinin Kampani qəsəbəsində qeyri-qanuni işlədilən mədəndə dəm qazı faciəsi baş verib. Polisin verdiyi açıqlamada mədəndə zəhərlənən 37 nəfərin həyatını itirdiyi, 25 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, həyatını itirənlərin əksəriyyəti 20-35 yaşlarında olan gənclərdir. Hadisənin baş verdiyi ərazidə xilasetmə və araşdırma işləri davam edir.

Qeyd edək ki, Nigeriyanın müxtəlif bölgələrində qeyri-qanuni mədənçilik fəaliyyəti tez-tez bənzər faciələrə və təhlükəsizlik qaydalarının pozulması nəticəsində insan itkilərinə səbəb olur.

Seçilən
72
afn.az

1Mənbələr