AZ

"Vest Hem"in yeni transferi sıradan çıxdı

style='margin-bottom:10px;'>

“Vest Hem”in yanvar ayında heyətinə qatdığı yeni hücumçusu Pablo Felipe sıradan çıxıb.

QOL.az "The Athletic"ə istinadən xəbər verir ki, 22 yaşlı braziliyalı futbolçu baldır əzələsindən zədələnib. Məlumata görə, futbolçu altı həftəyə qədər yaşıl meydanlardan kənarda qalacaq.

Beləliklə, braziliyalı hücumçu Premyer Liqada “Bornmut”, “Liverpul”, “Fulhem” və “Mançester Siti” ilə vacib qarşılaşmalarda, həmçinin İngiltərə kubokunda “Brentford”a qarşı matçda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, 6 matçda meydana çıxan gənc forvard hələlik məhsuldar nəticə ilə fərqlənə bilməsə də, meydandakı çalışqanlığı ilə qısa zamanda azarkeşlərin rəğbətini qazanmağı bacarıb.

Seçilən
83
1
teleqraf.com

2Mənbələr