AZ

ABŞ-də qar uçqunu nəticəsində itkin düşmüş 9 nəfərin axtarışı davam edir

Vaşinqton, 18 fevral, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya ştatında Taho gölü yaxınlığında uçqun nəticəsində itkin düşmüş 9 xizəkçinin axtarışı davam etdirilir.

AZƏRTAC-ın məlumatına görə, uçqun ötən gün günorta saatlarında Kasl Pik adlı ərazidə baş verib. Uçqunun altında qalan

6 nəfər xilas edilib, 9 nəfərin taleyi isə məlum deyil.

Kəskin hava şəraiti axtarış işlərini çətinləşdirir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Seçilən
98
2
azertag.az

6Mənbələr