AZ

İspaniya nəhəngi İnter in qapısını döyəcək

ain.az, Fanat saytına istinadən bildirir.

"Barselona" rəhbərliyi hücum xəttini gücləndirmək məqsədilə Robert Levandovskinin varisi kimi "İnter"in ulduzu Markus Türamı siyahısına daxil edib.

Fanat.Az xəbər verir ki, kataloniyalılar fransız forvardın transferi üçün milanlıların tələb etdiyi 80 milyon avroluq təzminat məbləğini ödəməyə hazırlaşırlar.

Keçmiş ulduz Lilian Türamın oğlu olan Markusun həm mərkəz hücumçusu, həm də cinahlarda oynamaq bacarığı baş məşqçinin planlarına tam uyğun gəlir. Lakin bu transfer yarışında "Real Madrid" və "Liverpul" kimi nəhənglərin də maraqlı olması "Barsa"nın işini xeyli çətinləşdirə bilər.

Klubun hazırkı iqtisadi vəziyyəti bu məbləği ödəmək üçün ciddi maliyyə manevrləri tələb etsə də, rəhbərlik Türamın keçidinə prioritet məsələ kimi baxır.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
fanat.az

2Mənbələr