AZ

WhatsApp da bu elanlara inananlar pullarını itirir XƏBƏRDARLIQ

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Son günlər sosial mediada “WhatsApp” və digər hesabların pul müqabilində ələ keçirilə biləcəyi ilə bağlı yayılan elanlar ictimai narahatlıq doğurur. Bu cür iddialar kiberdələduzluq risklərinin real olduğunu yenidən gündəmə gətirir.İnformasiya texnologiyaları üzrə mütəxəssis Fərhad Miralıyev Demokrat.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə təqdim olunan “WhatsApp" yazışmalarını oxumaq” kimi xidmətlər dələduzların uydurduğu bir sxemdir:""WhatsApp" təhlükəsizlik baxımından elə bir sistem deyil ki, hər hansı Instagram səhifəsində təklif olunan xidmətlər vasitəsilə yazışmalar sındırılsın və başqa şəxslərə təqdim edilsin. Bu səbəbdən vətəndaşlara belə elanları nəzərə almamaq, mümkün olduqda isə şikayət etmək tövsiyə olunur. Nəzəri olaraq mesajlaşmaları izləməyin yeganə yolu hədəf seçilmiş şəxsin telefonuna casus proqramın quraşdırılmasıdır. Bu halda təkcə "WhatsApp" deyil, ümumilikdə mobil cihaz kənar şəxslərin nəzarətinə keçə bilər. Lakin bu proses olduqca çətindir və praktiki baxımdan belə “xidmətlərin sifarişi” real görünmür". Ekspert bildirib ki, "WhatsApp" hesabının qeydiyyatı və təkrar aktivləşdirilməsi zamanı birdəfəlik OTP kod istifadə olunur və bu kod SMS, tətbiq daxili mesaj və ya zəng vasitəsilə göndərilir. "Bu kod olmadan hesabın aktivləşdirilməsi mümkün deyil. OTP kod üçüncü şəxslərin əlinə keçərsə, hesab başqa cihazda aktivləşdirilə bilər. Buna görə dələduzlar bəzən bank və ya hüquq-mühafizə orqanı adından zəng edərək bu kodu tələb edirlər. Heç bir halda bu məlumat paylaşılmamalıdır. Hesabların təhlükəsizliyini artırmaq üçün iki mərhələli doğrulamanın aktivləşdirilməsi tövsiyə olunur" - o qeyd edib.Qeyd edək ki, vətəndaşlara şübhəli elanlarla qarşılaşdıqları halda aidiyyəti qurumlara müraciət etmək və şəxsi məlumatların qorunmasına xüsusi diqqət yetirmək tövsiyə edilir.Həmçinin oxu:

'Bu qədər insanı niyə işsiz qoyuruq? Ailələrini necə dolandıracaqlar'

Mətanət Əsədova nadir xəstəliyə tutulub

Yumurta qaynadarkən suya diş çöpü atın — Səbəb təəcübləndirəcəkƏfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
88
1
demokrat.az

2Mənbələr