AZ

Albaniyada 8-ci Dəhliz Nazirlər Görüşü keçirildi



Albaniyanın paytaxtı Tiranada 8-ci Dəhliz Nazirlər Görüşü keçirilib.
Bağlantı, dayanıqlılıq və regional inteqrasiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə yönəlmiş məsələlərin müzakirə olunduğu görüş Tiranada keçirildi və Albaniyanın Avropa işləri və xarici işlər naziri Elisa Spiropali tərəfindən təşkil edildi.
Görüşdə Şimali Makedoniyanın xarici işlər və ticarət naziri Timço Mukunski, İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani, Bolqarıstanın xarici işlər nazirinin müavini Nikolay Pavlov və Rumıniyanın Albaniyadakı səfiri Oktavyan Serban iştirak ediblər.

Açılış nitqində Albaniyanın Avropa işləri və xarici işlər naziri Spiropali 8-ci Dəhlizin Avropa bağlantısı və təhlükəsizliyi üçün strateji bir aktiv olduğunu və Albaniyanın bu layihədə ən etibarlı qovşaqlardan biri olduğunu bildirib.

Spiropali 8-ci Dəhlizin sadəcə bir investisiya deyil, həm də strateji bir zərurət olduğunu vurğulayıb.


aia.az
Tərcümə şöbəsi



Seçilən
12
aia.az

1Mənbələr