AZ

Mançester Yunayted ə Səudiyyədən 18 milyonluq təklif

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Mançester Yunayted" rəhbərliyi 2026-cı ilin yayında keçiriləcək mövsümöncəsi hazırlıq turu üçün Səudiyyə Ərəbistanından cəlbedici bir təklif alıb.

Fanat.Az xəbər verir ki, Səudiyyə Pro Liqası "qırmızı şeytanları" öz ölkəsində qonaq etmək üçün kluba tam 18 milyon funt-sterlinq məbləğində ödəniş vəd edib.

İyul və avqust aylarını əhatə edəcək bu tur çərçivəsində İngiltərə təmsilçisinin yerli nəhənglər "Əl-Nəsr" və "Əl-Hilal" kimi klublarla qarşılaşması planlaşdırılır. Klub bu gəlirli təklifi qəbul edəcəyi təqdirdə, həm maliyyə gəlirlərini artıracaq, həm də Yaxın Şərq bazarındakı mövqelərini möhkəmləndirəcək.

Lakin Ruben Amorimin rəhbərlik etdiyi texniki heyətin uzun səyahət və isti hava şəraiti ilə bağlı verəcəyi son rəy bu səfərin taleyini həll edəcək. Hazırda rəhbərlik həm komandanın fiziki hazırlığını, həm də bu yüksək qazancı tərəziyə qoyaraq yekun qərarını verməyə çalışır.

Kamil Xudiyev

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
3
fanat.az

4Mənbələr