AZ

Macarıstanın Vereşegyhaz şəhərində peyda olan ayı sakinlər arasında narahatlıq yaradıb

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Budapeşt, 18 fevral, AZƏRTAC

Macarıstan paytaxtının ətrafında yerləşən Vereşegyhaz şəhərində ayının görülməsi sakinlər arasında ciddi narahatlıq yaradıb.

AZƏRTAC xəbər verir ki, şəhər rəhbərliyinin rəsmi açıqlamasına görə, bölgədə, həqiqətən, bir ayı peyda olub. Hakimiyyət orqanları dərhal aydınlaşdırıblar ki, heyvan şəhərdə fəaliyyət göstərən “Medveotthon” adlı ayı sığınacağından qaçmayıb və müəssisə tam təhlükəsiz rejimdə işləyir. Bu məlumat sakinlər üçün müəyyən rahatlıq yaratsa da, ayının haradan gəldiyi sualı hələ də açıq qalır.

Müvafiq qurumlar vəziyyəti davamlı olaraq nəzarətdə saxlayır və yerli əhalini, xüsusilə, meşəlik və şəhərdən kənar ərazilərdə daha diqqətli olmağa çağırır. Şəhər rəhbərliyi konkret tövsiyələr də yayımlayıb: sakinlər imkan daxilində meşələrdən uzaq durmalı, uşaqları təkbaşına kənar ərazilərə buraxmamalı, məişət tullantılarını qapalı konteynerlərdə saxlamalıdırlar. Ev və kənd təsərrüfatı heyvanlarının təhlükəsizliyi də xüsusi diqqət tələb edir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
azertag.az

1Mənbələr