AZ

Olimpiya iştirakçılarına telefonlar, ruslara isə diş məcunu verildi


Olimpiya Oyunlarında yarışan rusiyalı idmançılara sanksiyalar səbəbindən bütün digər iştirakçılar kimi telefon verilmədi.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, oyunlardan əvvəl təşkilatçılar bütün iştirakçıların Beynəlxalq Olimpiya Komitəsinin sponsoru olan “Samsung”dan hədiyyə telefonları alacağını açıqlayıblar.
Lakin, fevralın 17-si rusiyalı xizək alpinisti Nikita Filippov bildirib ki, o və digər idmançılara telefon verilməyib. Onlara hədiyyə olaraq yalnız şampun və diş məcunu verilib.
Beynəlxalq Olimpiya Komitəsi bunu rəsmi olaraq qanunla “müəyyən ölkələrdən olan idmançılara cihaz paylamağın qadağan olduğunu” bildirməklə izah edib.
Qeyd edək ki, 2022-ci ildən etibarən Aİ sanksiyalar çərçivəsində Rusiyaya lüks malların tədarükünü qadağan edib. Buraya qiyməti 750 avrodan çox olan telefonlar da daxildir.
Seçilən
25
1
yeniavaz.com

2Mənbələr