AZ

Avropa İttifaqı artıq qlobal oyunçu deyil – Macarıstanın xarici işlər naziri Peter Siyarto

Avropa İttifaqı qlobal siyasətdə və iqtisadiyyatda əhəmiyyətli rol oynamır.

Macarıstanın xarici işlər naziri Peter Siyarto bunu CNN Türk-ə verdiyi müsahibədə bildirib. O, qeyd edib ki, Aİ-nin beynəlxalq məsələlərə təsiri xeyli azalıb.
Siarto həmçinin Aİ-nin Ukraynadakı münaqişənin həlli üçün danışıqlarda iştirak etməməsini də vurğulayıb. “Amerikalılar, ruslar, ukraynalılar və ərəblər artıq danışıqlar masasındadır, lakin Aİ orada deyil. Bu, Brüsselin təcrid olunmasını göstərir”, – Siyarto bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
22
editor.az

1Mənbələr