AZ

III Liqa klubundan “Fənərbaxça”ya

"Fənərbaxça" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, İstanbul nəhəngi "Karşıyaka"da çıxış edən Adem Şeyilyurtun keçidini həll edib.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Onun sözlərinə görə, oyunçu ilə 5 illik müqavilə imzalanıb. "Fənərbaxça" Türkiyə U-19 millisinin üzvü üçün İzmir klubuna 500 min avro təzminat ödəyəcək.

Qeyd edək ki, Adem "Karşıyaka"nın yetirməsidir. Gənc futbolçu bu mövsüm III Liqa təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

"Arsenal" transfer bombasına hazırlaşır: UİLYAMS LONDON YOLUNDA

"Traktor"un baş məşqçisi bəlli oldu

Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı 8 nəfər saxlanılıb, “Diyarbekirspor”da araşdırma başlayıb

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

Fatih Terimin köməkçisi Super Liqa klubunda - RƏSMİ

Seçilən
21
apasport.az

1Mənbələr